Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Yuxarı Göycəli kənd mədəniyyət müəssisələri birlikdə “Kəndimizin əbədiyaşar şəhidləri” adlı görüş keçirdilər

13.10.2021

13  oktyabr 2021- ci il tarixində Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Yuxarı Göycəli kənd mədəniyyət müəssisələri birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş  Mehdizadə Qurban Aydın oğlu və Məmmədli Turan Raqif oğlunun ailəsi ilə  “Kəndimizin əbədiyaşar şəhidləri” adlı görüş keçirdilər. Tədbirdə Ağstafa rayon MKS-nin direktoru S.Nağıyeva və  mərkəzi kitabxananın əməkdaşları, Yuxarı Göycəli kənd mədəniyyət müəssisələrinin əməkdaşları, MİHİ Ağstafa rayon komitəsinin sədri Z.Sultanov, Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru L.İsayeva, Yuxarı Göycəli kənd İcra nümayəndəsi Y.Əhmədov  və kənd ağsaqqalları iştirak etdilər.İlk öncə Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə  Ağstafa MKS-nin direktoru S.Nağıyeva  açaraq tədbir iştirakçılarını salamladı və çıxışında bildirdi ki, bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtdırmaqdır. Sonra tədbirdə L.İsayeva, Y. Əhmədov, şəhid anaları, kənd ağsaqqalı, uzun müddət  tarix müəllimi işləmiş Məqsəd müəllim və başqaları and yerimiz, qürurumuz olan şəhidlərimizin xoş, kövrək anlarından danışdılar.
Sonda məktəb şagirdləri kəndin şəhidlərinə həsr olunmuş şeirlər söylədilər.