Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ağstafa şəhər 1 saylı orta məktəbin V sinif şagirdlərinə “Tarixi zəfər və Böyük Qayıdış” başlıqlı mühazirə ilə çıxış ediblər

13.10.2021

13 oktyabr 2021-ci il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər planına əsasən Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində təhsil müəssisələrində işğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, adət- ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə  layihə və tədbirlərin həyata keçirilməsi çərçivəsində Mərkəzin əməkdaşları Ağstafa şəhər 1 saylı orta məktəbin V sinif şagirdlərinə “Tarixi zəfər və Böyük Qayıdış” başlıqlı mühazirə ilə çıxış ediblər. Mövzu ilə əlaqədar şagirdlərə  44 günlük Vətən müharibəsində əldə etiyimiz Qələbədən və azad olunmuş torpaqlarımızın tarixi və coğrafiyası, flora və faunası, adət- ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri haqqında geniş məlumat verilib. Dərs zamanı şagirdlər fəal iştirak edərək, sualları cavablandırılmışdır.