Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Aşıq Ələsgər və Azərbaycan folkloru” başlıqlı onlayn tədbir keçirilmişdir

13.10.2021

13 oktyabr 2021-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi və filiallarından Tatlı, Yaradullu, Köhnəqışlaq kənd klublarının təşkilatçılığı ilə  Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibəti ilə “Aşıq Ələsgər və Azərbaycan folkloru” başlıqlı onlayn tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. 
Tədbirin sonunda Aşıq Ələsgərin saz havaları səsləndirilmişdir.