Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən M.Hüseyn adına 2 saylı tam orta məktəbin şagirdlərinə “Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda mühazirə oxundu

13.10.2021

13 oktyabr 2021-ci il tarixində Qazax rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə Qazax şəhər M.Hüseyn adına 2 saylı tam orta məktəbin şagirdlərinə “Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda mühazirə oxundu. Dərsdə Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin son 18 ildə əldə etdiyi böyük nailiyyətlərdən, 44 günlük Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatmasından bəhs edildi.