Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümü ilə əlaqədar  “Azərbaycanın milli sərvətlər xəzinəsi”  başlıqlı tədbir keçirildi

25.11.2021

25 noyabr  2021- ci il tarixində Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümü ilə əlaqədar  “Azərbaycanın milli sərvətlər xəzinəsi”  başlıqlı tədbir keçirildi. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti Aparatında aparıcı məsləhətçi Yusifli Həsən, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, “Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax Rayon şöbəsinin sədr müavini Namiq Alıyev, təqaüddə olan məktəb direktoru, “Tərəqqi” medalına layiq görülmüş Safura Rəhimova, Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşova, Qazax rayon mədəniyyət müəssisələrinin direktorları və əməkdaşları iştirak etdilər.

Tədbir Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü haqqında videorolikin nümayişi ilə başladı. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qazax Rayon İcra Hakimiyyəti Aparatında aparıcı məsləhətçi Yusifli Həsən, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, “Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax Rayon şöbəsinin sədr müavini Namiq Alıyev, təqaüddə olan məktəb direktoru, “Tərəqqi” medalına layiq görülmüş Safura Rəhimova, Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşova, Qazax Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanovanın çıxışları ilə davam edən tədbirdə ümumi bir fikir ifadə olundu ki, Kəlbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir.

 

66.9 KB

 

81.2 KB

 

55.7 KB

 

62.9 KB

 

58.1 KB