Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi Kitabxanası “Məişət zorakılığı və qadın hüquqları” mövzusunda dəyirmi masa keçirib, “Qadına şiddətə yox deyək!” adlı sərgi təşkil edib

25.11.2021

25 noyabr 2021-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında “Məişət zorakılığı və qadın hüquqları” mövzusunda dəyirmi masa keçirib, “Qadına şiddətə yox deyək!” adlı sərgi təşkil edib.  Tədbirdə Qazax Dövlət Dram Teatrının əməkdaşları, fəal oxucular, kitabxana əməkdaşları iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova  öz müdrikliyi, zəkası, qəhrəmanlığı, sədaqəti, vəfası, analıq keyfiyyəti ilə dünyaya örnək olan Azərbaycan qadınlarının ailə və cəmiyyətdəki rolu, mövqeyi haqqında ətraflı məlumat verib. 
Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Bəsti Məmmədova “Məişət zorakılığı və qadın hüquqları” mövzusundakı çıxışında qeyd edib ki, qadınların məişətdə qarşılaşdığı zorakılıq həm ləyaqətin alçaldılmasıdır, həm də gender bərabərsizliyi problemidir...
Qazax Dövlət Dram Teatrının əməkdaşları Məmmədova Akifə, Əliyeva Nahidə, gənclərdən Yaqubova Sudə, Tomarova Səbinə çıxışlarında planetin hər yerində maddi təminat və təhsilindən asılı olmayaraq baş verən qadına qarşı zorakılıq hallarını pisləyib, respublikamızda dövlət qadın siyasətinin Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə həyata keçirilməsini söyləyib, qadınlara sağlamlıq, firavanlıq və işlərində uğurlar arzulayıblar.

 

69.8 KB

 

63.5 KB

 

74.6 KB

 

88.1 KB